"Barselona" baş məşqçi postuna namizədləri müəyyənləşdirdi
29.01.2024 - 13:08
"Barselona" baş məşqçi postuna namizədləri müəyyənləşdirdi

"Barselona" yeni mövsümdə baş məşqçi postuna gətiriləcək namizədlərin adını açıqlayıb.

Apasport.az "soccer.ru"ya istinadla xəbər verir ki, Kataloniya klubu 3 mütəxəssisin üzərində dayanıb. 

İspaniya nəhəngi "Arsenal"ın baş məşqçisi Mikel Artetanı, "Liverpul"un mütəxəssisi Yurgen Kloppu və Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmanı Xavi Hernandezin əvəzləyicisi olaraq görür. 

"Barselona"nın idman direktoru Dekuson bir neçə həftədir potensial namizədlərlə dialoq aparıb.

writer photo
Əlirza Əlirzalı
0