"Barselona" De Yonqa əvəzləyici tapdı
10.02.2024 - 16:54
"Barselona" De Yonqa əvəzləyici tapdı

"Everton"un yarımmüdafiəçisi Amadu Onananın İspaniya çempionatında işləmək imkanı var.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı belçikalının transferində Kataloniya "Barselona"sı maraqlıdır.

Onanın transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir. Yarımmüdafiəçinin "Everton"la hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır.

Qeyd edək ki, "Blauqrana" Amadunu Frenki de Yonqun əvəzləyicisi kimi nəzərdən keçirir. Niderlandlı gələn yay "Barselona"nı tərk edə bilər.

writer photo
Əlirza Əlirzalı
0