“Barselona” Fatini gözdən çıxarır
02.10.2023 - 21:42
“Barselona” Fatini gözdən çıxarır

“Barselona” rəhbərliyi daha bir futbolçusunu satmağa hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, Kataloniyalılar hücumçu Ansu Fatinin şərtləri ilə razılaşmırlar.

Onlar mövsümün sonunda 20 yaşlı oyunçunu yüksək məbləğ qarşılığında satmağı planlaşdırırlar.  İspaniyalı forvard hazırda icarə əsasında İngiltərədə Brayton“un şərəfini qoruyur. O, bu mövsüm 8 matçda forma geyinib və 1 qol vurub.

Qeyd edək ki, 2012-ci ildə “Barselona”nın akademiyasına qəbul olunan Fati 2020-ci ildən əsas komandanın heyətinə cəlb olunub.

writer photo
Əlirza Əlirzalı
0