“Barselona” futbolçusunu satdı
30.07.2022 - 10:13
“Barselona” futbolçusunu satdı

“Barselona”nın müdafiəçisi Oskar Minqesanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu “Selta”ya keçəcək.

İki klub arasında transferlə bağlı razılıq əldə olunub. Onunla 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi “Montsa”nın da maraq dairəsində idi. Lakin Minqesa İspaniyada qalmağa üstünlük verib.
 

writer photo
Əlirza Əlirzalı
0