"Barselona" və "Real" arasındakı münasibətlər korrupsiya işi səbəbindən pisləşə bilər.
Apasport.az xəbər verir ki, Kataloniya Radiosunun məlumatına görə, "Barselona" Madrid klubunun məhkəmədə iştiraka hazır olması ilə bağlı bu gün yaydığı açıqlamaya həm təəccüblənib, həm də məyus olub.
Blauqranlar hesab edir ki, vəziyyət klublar arasında yaxşı münasibətləri poza bilər.
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri – Jozep Bartomeu və Sandro Roselə qarşı Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Maria Henrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb.