"Barselona" "Lester"in yarımmüdafiəçisini ala bilər
06.06.2024 - 11:44
"Barselona" "Lester"in yarımmüdafiəçisini ala bilər

Kataloniya "Barselona"sı yay "transfer pəncərəsi"ndə "Lester"in yarımmüdafiəçisini sıralarına qata bilər.

Apasport.az xəbər verir ki, "blauqrana" müqaviləsi iyulda başa çatacaq Vilfred Ndidini dəvət etməkdə maraqlıdır.

Mənbənin sözlərinə görə, “Blauqrana”nın baş məşqçisi Hans-Diter Flik nigeriyalını bəyənir, lakin Vilfred hələlik prioritet namizəd deyil.

Qeyd edək ki, Ndidi azad agent kimi Kataloniya klubuna keçə bilər. Bu da maliyyə problemləri yaşayan "Barselona" üçün faydalı olacaq. 27 yaşlı Vilfred ötən mövsüm Çempionşipdə 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0