“Barselona” ondan əl çəkmir
03.09.2022 - 14:19
“Barselona” ondan əl çəkmir

“Barselona” Bernardu Silvanın transferindən əl çəkməyib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu portuqaliyalı ulduzu növbəti transfer pəncərəsində ələ keçirməyə çalışacaq.

La Liqa klubu yayda “Mançester Siti” ilə danışıqlar aparsa da, keçid baş tutmayıb. Bu üzdən barselonalılar yarımmüdafiəçini qışda heyətinə qatmağa cəhd edəcək.

Qeyd edək ki, Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0