“Barselona” transferlərə 200 milyon avro ayırdı
02.07.2022 - 17:53
“Barselona” transferlərə 200 milyon avro ayırdı

“Barselona” yay fasiləsində futbolçu transferinə xərcləyəcəyi məbləği müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yeni oyunçuların keçidi üçün 200 milyon avroluq büdcə formalaşdırıb.

Bu vəsait isə klubun televiziya hüquqlarının 10 faizinin Amerika investisiya şirkətinə 207,5 milyon avroya satışından əldə edilib. Hətta rəhbərlik başqa bir alıcıya 400 milyon avro müqabilində televiziya hüquqlarının daha 15 faizini satmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona”nın əsas transfer hədəfi “Bavariya”nın hücumçusu Robert Levandovskidir.

writer photo
Əlirza Əlirzalı
0