Aquerodan 8264 dollarlıq UDUŞ
21.12.2022 - 10:50
Aquerodan 8264 dollarlıq UDUŞ

Bukmeker kontorlarının müştəriləri arasında təkcə proznozsevərlər və azarkeşlər deyil, sabiq futbolçular da var.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq hücumçusu Serxio Aquero da mərc etməyi sevənlər sırasında yer alıb.

O, DÇ-2022-yə də pul qoyuluşu edib. Aquero çempionatın ən yaxşı futbolçusuna verilən “Qızıl top”u Lionel Messinin alacağına 1001 dollar qoyub.

Bunu Serxionun özü kuponunu paylaşaraq açıqlayıb: “2022-ci il noyabrın 17-də Messinin dünya çempionatının ən yaxşı futbolçusu olacağına pul qoydum. Bunu yalnız indi xatırladım”.

Bu mərc Serxioya 8264 dollar uduş gətirib. Qətərdəki mundialda 7 qol və 3 assistə imza atan Messi “Qızıl top”, sabiq komanda yoldaşı isə bukmeker kontorunda qazanc əldə edib.

writer photo
Əlirza Əlirzalı
0