“Barselona” üç futbolçuya klub axtarır
19.05.2022 - 14:35
“Barselona” üç futbolçuya klub axtarır

“Barselona” yay transfer pəncərəsində vidalaşacağı futbolçuları müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Xavi üç oyunçunun xidmətinə ehtiyac duymur.

Bunlar Serjinyo Dest, Rikard Puç və Martin Braytveytdir. Kataloniya təmsilçisi bu oyunçuları satmaq üçün klub axtarır.

Dest “Valensiya”ya təklif olunub. “Barselona” digər iki futbolçuya maraq göstərən İspaniya komandaları ilə danışıqlara hazırdır.
 

writer photo
Əlirza Əlirzalı
0