“Barselona”da qış “təmizləmə”si
12.09.2022 - 11:01
“Barselona”da qış “təmizləmə”si

“Barselona”nın qış transfer pəncərəsi ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi heyətdə təmizləmə işləri aparacaq.

Klub rəhbərliyi heyətin optimallaşdırılması üçün yüksək maaş alan, lakin vacib rol oynamayan futbolçularla vidalaşacaq. Artıq gedəcək oyunçuların siyahısı da bəllidir.

“Barselona” 4 futbolçu ilə vidalaşacaq. Bunlar Jerar Pike, Jordi Alba, Mamfis Depay və Frenki de Yonqdur.

writer photo
Əlirza Əlirzalı
0