“Barselona”nın Bernardo Silva planı
18.08.2022 - 15:26
“Barselona”nın Bernardo Silva planı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın “Barselona”ya bu yay transferi çətin görünür.

Apasport.az saytının məlumatına görə, bu keçid gələn il baş tuta bilər.

Kataloniyalılar hazırda Premyer Liqa klubunun tələb etdiyi 100 milyon avronu ödəmək iqtidarında deyil. 2023-cü ilin yay transfer pəncərəsində La Liqa təmsilçisi bir daha 28 yaşlı futbolçunu almağa çalışacaq.

Qeyd edək ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0