“Barselona”nın hücumçusu Pyerr-Emerik Obameyanq İspaniyadakı evinə silahlı basqın zamanı ciddi xəsarət alıb.
Apasport.az saytının məlumatına görə, qabonlu forvardın çənəsi sınıb.
Onun sağalma prosesi mümkün əməliyyatla bağlı qərarından asılı olacaq. 33 yaşlı ulduz futbolçunun bu üzdən ən azı bir ay yaşıl meydanlara çıxmaması gözlənilir. Bu zədəyə baxmayaraq, qolçunun “Çelsi”yə transferi ilə bağlı danışıqlar davam edir. Tərəflər hələlik razılığa gələ bilməyiblər.
Qeyd edək ki, bu ilin yanvarında “Barselona”ya azad agent kimi keçən Obameyanq 24 oyunda 13 qol vurub, 1 məhsuldar ötürmə verib.