Üç oyunda üç fərqli qapıçı ilə məğlubiyyət
05.09.2023 - 22:21
Üç oyunda üç fərqli qapıçı ilə məğlubiyyət

“Empoli” İtaliya A seriyasının ilk üç turunda məğlubiyyət acısı yaşayıb.

Apasport.az saytı xəbər verir ki, komanda hər üç oyunda fərqli qapıçıların xidmətindən istifadə edib.

Bu, İtaliya çempionatı qeyri-adi rekorddur. “Empoli” qapıçıları Samuel Perizan, Elia Kapriele və Etrit Berişa bu goruşlərdə qapısını toxunulmaz saxlaya bilməyib. Bu azmış kimi, komanda hələ qol hesabını da açmayıb.

Qeyd edək ki, “Empoli” “Verona” (0:1), “Montsa” (0:2) və “Yuventus” (0:2) uduzub. Komanda novbəti oyununu “Roma”ya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0