“Barselona”nın Pavar PLANI
24.12.2022 - 14:02
“Barselona”nın Pavar PLANI

İspaniyanın “Barselona” klubu müdafiə xəttində dəyişiklik etməyi planlaşdırır. 

Apasport.az xəbər verir ki, kataloniyalılar mövsümün əvvəlində İngiltərənin “Lids” komandasından transfer etdikləri Rafinyanın oyunundan narazıdırlar.

Bu səbəbdən də "Barselona” Fransa millisinin və Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Benjamin Pavarı transfer etmək istəyir.  

Qeyd edək ki, 2019-cu ildə 35 milyon avroya “Ştutqart”dan “Bavariya”ya keçən Pavar bu mövsüm 26 oyunda 4 qol vurub. Müdafiəçinin almanlarla müqaviləsi 2024-cü ildə bitəcək.

writer photo
Əlirza Əlirzalı
0