Sulşer milliyə rəhbərlik etməkdən imtina etdi
11.09.2023 - 11:39
Sulşer milliyə rəhbərlik etməkdən imtina etdi

Ole Qunnar Sulşer milli komandaya rəhbərlik etməkdən imtina edib. 

Apasport.az saytı xəbər verir ki, 50 yaşlı norveçli ölkəsinin qadınlardan ibarət yığmasında baş məşqçi olmaq təklifini geri çevirib.

Son olaraq İngiltərədə “Mançester Yunayted”in (2019-2021) “sükanı arxası”nda olan Sulşer assosiasiya rəhbərliyinə mənfi cavab verib. Milli komandaya rəhbərlik etməyə hazır olmadığını deyən veteran futbolçu özünə güvənmədiyi üçün təklifi qəbul etmədiyini deyib.  

Qeyd edək ki, Norveçin qadınlardan ibarət milli komandasının baş məşqçisi Heqe Riise sentyabrın 1-də vəzifəsini tərk edib.

writer photo
Əlirza Əlirzalı
0