"Başakşehir" tək qolla turu keçdi
17.01.2024 - 16:23
"Başakşehir" tək qolla turu keçdi

Super Liqa təmsilçisi "Başakşehir" Ziraat Türkiyə Kubokunun 5-ci tur matçında 1-ci Liqa təmsilçisi "Boluspor"u qəbul edib.

Apasport.az xəbər verir ki, Fatih Terim Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək son 16 tura yüksəlib.

Qeyd edək ki, "narıncı-göylü" komandanın yeni transferi Josef de Souza 85-ci dəqiqədə Mahmut Tekdemirin yerinə meydana daxil olub və ilk dəfə "Başakşehir" formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0