Batşuayi dələduzluğa məruz qalıb - 7 milyon ziyana düşdü
13.11.2024 - 13:21
Batşuayi dələduzluğa məruz qalıb - 7 milyon ziyana düşdü

Türkiyə Super Liqası komandalarından “Qalatasaray”da çıxış edən Mişi Batşuayini dələduzlar aldadıb.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyul ayında 6 aylıq qalacağı ev və avtomobil üçün bir şirkətlə razılaşan forvard, bunun müqabilində qarşı tərəfə 200 min avro (7 milyon lirə) ödəniş edib. 

Lakin belçikalı futbolçunun sözlərinə görə, məsləhətçi icarə haqqını ödəməyib və söz verdiyi maşını çatdırmayıb.

Bundan sonra futbolçu həmin şəxs barəsində polisə şikayət edib. Şikayət nəticəsində Hüseyn B. saxlanılıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə həbs olunan şəxs məhkəmə nəzarəti tələbi ilə azadlığa buraxılıb.

writer photo
Əlirza Əlirzalı
0