“Bavariya”nın ən yaxşı futbolçusu seçildi
13.03.2024 - 11:33
Bundesliqa klubu olan “Bavariya” fevral ayının nəticələrinə əsasən ən yaxşı futbolçunu seçib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Aleksandr Pavloviç fərdi mükafat alıb.
Xatırladaq ki, ötən ay yarımmüdafiəçi Almaniya Bundesliqasında 3 oyunda iştirak edib və 1 qol vurub.
Ümumilikdə 19 yaşlı futbolçu bu mövsüm “Bavariya”nın heyətində 17 oyun keçirib. O, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Pavloviçin transfer qiyməti 2 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə 3 ay ardıcıl bu mükafatı hücumçu Herri Keyn alıb.
0
0