"Qəbələ" "Şamaxı"da xal itirdi - YENİLƏNİB
14.10.2022 - 16:53
"Qəbələ" "Şamaxı"da xal itirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında II dövrəyə start verilib.

Apasport.az saytının məlumatına görə, X turun ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşmasında bölgə təmsilçiləri üz-üzə gəlib. Şamaxıda baş tutan oyunda çempionatın autsayderi “Şamaxı” avrokuboklara iddialı “Qəbələ”ni qəbul edib. Görüşdə hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə “qırmızı-qaralar” avtoqol sayəsində hesabı açsa da, ev sahibləri sona 15 dəqiqə qalmış bərabərlik topunu vurublar.

Bununla ötən turda məğlub olan “Qəbələ” növbəti dəfə xal itirib. “Şamaxı” isə aktivinə 1 xal yazdırmasına baxmayaraq, komandanın mövsümdə ilk qələbə həsrəti davam edib.

Qeyd edək ki, tura oktyabrın 16-da yekun vurulacaq.

Misli Premyer Liqası
X tur
14 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Qəbələ" - 1:1
Qollar:
Kamran Quliyev, 75 - Adil Nağıyev, 60 (avtoqol)
Baş hakim: Rauf Allahverdiyev
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak 
Baş məşqçi: Elmar Baxşıyev
Şamaxı şəhər stadionu

1

Qarabağ

8

8

0

0

25-6

24

2

Sabah

9

7

1

1

22-7

22

3

Neftçi

9

6

1

2

17-9

19

4

Qəbələ

10

5

1

4

14-10

16

5

Zirə

9

5

1

3

13-16

16

6

Turan Tovuz

8

3

2

3

6-8

11

7

Səbail

9

2

2

5

9-12

8

8

Kəpəz

9

1

1

7

6-23

4

9

Sumqayıt

9

0

4

5

1-11

4

10

Şamaxı

10

0

3

7

5-16

3

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hamısı "Qarabağ") - 7 qol, Coy Lens Mikels ("Sabah") - 6 qol

writer photo
Əlirza Əlirzalı
0