"Bavariya" Almaniya millisinin oyunçusunu almaqdan imtina edib
19.06.2024 - 10:18
"Bavariya" Almaniya millisinin oyunçusunu almaqdan imtina edib

Bundesliqanın iddialı klublarından “Bavariya” “Ştutqart” və Almaniyanın cinah oyunçusu Kris Füriçi almaqdan imtina edib.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu Münhen nəhənginin əsas hədəflərindən biri hesab olunurdu. Hətta "Ştutqart"la şifahi razılığın olduğu da bildirilirdi.

"Bavariya" bu yay Furixi transfer etməkdən imtina edib. 

"Transfermarkt" portalı Kris Furiçin dəyərini 28 milyon avro olaraq qiymətləndirir. 

writer photo
Əlirza Əlirzalı
0