"Lokomotiv" fransız müdafiəçi ilə güclənəcək
27.01.2024 - 15:58
"Lokomotiv" fransız müdafiəçi ilə güclənəcək

"Strasburq"un müdafiəçisi Gerzino Nyamsi karyerasını "Lokomotiv"də davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçunun transfer məbləği 3,5 milyon avro olacaq.

27 yaşlı fransız "dəmiryolçular"la 2027-ci ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayacaq. Nyamsi artıq Rusiya vizası alıb.

Bu mövsüm müdafiəçi "Strasburq"un heyətində 13 oyun keçirib və fərqlənə bilməyib.

"Transfermarkt" portalı fransalının dəyərini 5 milyon avro olaraq qiymətləndirib.

Qeyd edək ki, Nyamsi 2021-ci ilin yayından "Lokomotiv"in rənglərini qoruyur. O, əvvəllər “Renn”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0