"Liverpul" "canavarlar"la bacarmadı - VİDEO
08.01.2023 - 02:00
"Liverpul" "canavarlar"la bacarmadı - VİDEO

İngiltərə Kubokunun 1/32 finalında "Liverpul" öz meydanında "Vulverhempton"la bacarmayıb.

Apasport.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Tərəflər arasında cütün qalibini müəyyənləşdirmək üçün cavab görüşü keçiriləcək.

Qeyd edək ki, "Mançester Yunayted", "Preston Nort End", "Totenhem", "Lester", "Sauthempton", "Redinq", "Brayton", "Börnli", "Flitvud Taun", "Bləkpull", "Fulhem", "Şefild Yunayted", "Sanderlend", "İpsviç", "Vest Hem", "Vrekshem", "Qrimsbi Taun", "Şefild Venzdey" 1/16 finala vəsiqə qazanıb.

Bu mərhələdə heç-heçə başa çatmış "Vest Bromviç" – "Çesterfild", "Akrinqton Stenli" – "Borhem Vud", "Viqan" – "Luton Taun", "Vulverhempton" – "Liverpul" görüşləri təkrar keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0