"Bavariya" Devisi "Milan" ulduzu ilə əvəz edə bilər
16.02.2024 - 14:41
"Bavariya" Devisi "Milan" ulduzu ilə əvəz edə bilər

"Bavariya" Alfonso Davisin gələn yay klubu tərk edəcəyi təqdirdə kanadalının yerinə keçəcəyinə qərar verib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Bavariya” A Seriyasının ən yaxşı oyunçulardan biri olan “Milan”ın müdafiəçisi Teo Hernandesi almaq variantını nəzərdən keçirir.

Mənbə qeyd edir ki, Alfonso Davis "Real"a keçərsə, Münhen klubu müqaviləni yekunlaşdırmağa çalışacaq.

Xatırladaq ki, İtaliya A Seriyasının bu buraxılışında Hernandez 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0