Manuel Noyer və Tomas Müller 1 ildən sonra "Bavariya"dan ayrıla bilərlər.
Apasport.az "SportBild"ə istinadla xəbər verir ki, "Bavariya"nın rəhbərləri Noyer və Müllerin qarşıdan gələn mövsümün sonunda butslarını asacaqlarını gözləyirlər ki, bu da Münhen klubunun maliyyə yükünü xeyli dərəcədə yüngülləşdirəcək.
Hər iki oyunçu komandada ən yüksək maaş alanlardandır və hərəsi ildə təxminən 20 milyon avro qazanır.
Manuel Noyerin 2011-ci ildə "Şalke"dən "Bavariya"ya keçib. Tomas Müller bütün peşəkar karyerasını “Bavariya”da keçirib.
Qeyd edək ki, hər iki futbolçu Almaniya millisinin Avropa çempionatı üçün heyətinə daxil edilib.