“Bavariya” koreyalı müdafiəçi alır
15.06.2023 - 16:18
“Bavariya” koreyalı müdafiəçi alır

“Bavariya”nın heyətinə qatmaq istədiyi müdafiəçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Kim Min Çjenin xidmətində maraqlıdır.

Münhenlilər cənubi koreyalının transferi üçün “Napoli” ilə danışıqlar aparır. “Bavariya” futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini də ödəməyə hazırdır. Bu bənd yalnız xarici klublar üçün keçərlidir. Həmin rəqəm açıqlanmasa da, bunun 50-70 milyon avro aralığında olduğu gözlənilir.

Qeyd edək ki, Kim ötən mövsüm “Napoli”nin heyətində İtaliya çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0