"Bavariya" millinin oyunçusu ilə maraqlanır
26.09.2023 - 14:39
"Bavariya" millinin oyunçusu ilə maraqlanır

"Bavariya" heyətini gənc futbolçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, Münhen təmsilçisi Leverkuzen "Bayer"indən Florian Virtzi gözaltı edib.

Almaniya millisinin də heyətinə cəlb edilən 20 yaşlı futbolçu hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. Gənc oyunçu ilə bağlı skautlardan müsbət cavab alan “Bavariya” rəhbərliyi Virtzi yeni mövsümdə komandada görmək istəyir.

Qeyd edək ki, bu mövsüm 7 matçda meydana çıxararq 3 qol vurub, eyni sayda qol ötürməsi verən Florianın Leverkuzen klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0