“Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
29.12.2023 - 22:05
“Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”

.Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin Albaniyanın “Eqnatiya” klubunu dəyişməsi üçün şərt açıqlanıb.

Apasport.az xəbər verir ki, komandanın prezidenti Aqim Demrozi bunun yalnız böyük məbləğə rəsmiləşə biləcəyini deyib.

Onun sözlərinə görə, İsgəndərlinin transferləri ilə bağlı xəbərlərə mətbuatda rast gəlib: “Biz nəinki oyunçu satmaq, mövcud heyəti qorumağa və komandaya yeni futbolçuları dəvət etməyə çalışırıq. İsgəndərlini yalnız bir halda sata bilərik. Bunun üçün də onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”.

Qeyd edək ki, İsgəndərlinin Türkiyə, Polşa və Rumıniyadan təkliflər var. Eqnatiya isə 18 turdan sonra 37 xalla turnir cədvəlinin lideridir.

writer photo
Əlirza Əlirzalı
0