"Bavariya" prezidenti: "Mövsümü Tuxellə başa vurmaq istəyirik"
06.03.2024 - 10:37
"Bavariya" prezidenti: "Mövsümü Tuxellə başa vurmaq istəyirik"

"Bavariya"nın prezidenti Herbert Hayner komanda Çempionlar Liqasının 1/4 finalına yüksəldikdən sonra Tomas Tuxelin işi ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, ""Latsio" ilə qarşıdurmanın uğursuz nəticəsi olacağı təqdirdə klub matçdan dərhal sonra onunla ayrıla bilər" iddiasına aydınlıq gətirib.

“Tuxel əla məşqçidir, amma bu gün turnirdən kənarda qalsaq, əlbəttə ki, çox üzücü olardı. O, bütün diqqətini işə cəmləyib və uğur əldə etdiyimiz üçün sevinir. Biz bu mövsümü Tomasla başa vurmaq istəyirik”, - deyə funksioner bildirib. 

Qeyd edək ki, ilk görüşdə 1:0 məğlub olan "Bavariya" "Latsio" ilə cavab matçında 3:0 qələbə qazanaraq Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0