"Bavariya" Tuxelin əvəzinə baş məşqçi seçib
12.04.2024 - 14:31
"Bavariya" Tuxelin əvəzinə baş məşqçi seçib

"Bavariya" baş məşqçi postuna favoritini müəyyənləşdirib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “Bavariya”nın yeni baş məşqçisi postunun favoriti Almaniya millisi ilə müqaviləsi yayda başa çatacaq Yulyan Naqelsmandır. İdman direktoru Maks Eberlin ötən ilin martında "Bayern" tərəfindən qovulan Naqelsmanın geri qayıtmasının böyük dəstəkçisi olduğunu bildirib.

Xatırladaq ki, yayda hazırkı məşqçi Tomas Tuxel istefa verəcək.
 

writer photo
Əlirza Əlirzalı
0