“Bavariya” üçün universal müdafiəçi
23.08.2023 - 13:29
“Bavariya” üçün universal müdafiəçi

“Bavariya” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Armel Bella-Koçapın xidmətində maraqlıdır.

“Sauthempton”un 21 yaşlı futbolçusu universallığı ilə Münhen təmsilçisinin hədəfinə düşüb. Almaniya millisinin üzvü Dortmund “Borussiya”sının da maraq dairəsindədir.

Qeyd edək ki, Armel ötən mövsüm 26 matçda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0