Moreno üçün təhlükə - DÇ-də
04.10.2022 - 21:45
Moreno üçün təhlükə - DÇ-də

“Vilyarreal”ın futbolçusu Jerar Moreno DÇ-2022-ni buraxa bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu zədən sonra bərpa prosesi keçir.

O, yığmanın heyətində mundiala yollanmaq üçün intensiv məşq edir. 30 yaşlı forvard sentyabrın 11-də “Betis”lə matçda zədələnib.

Onun oktyabrın sonuna hazır olacağı gözlənilir. Yığmanın heyəti isə noyabrın əvvəlində açıqlanacaq. Bu üzdən Morenonun yarışı buraxmaq ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0