AFFA klubları cəzalandırdı
23.09.2022 - 14:39
AFFA klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Turan Tovuz”un futbolçusu Şakir Seyidov “Sabah”la səfər oyununda birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 matçlıq cəzalanıb. O, klubunu 1600 manat xərcə salıb.

“Qəbələ” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün klub 4000 manat cərimə olunub. Birbaşa qırmızı vərəqə alan Rövlan Muradov 2 oyun cəzalanıb və “Qəbələ”ni 1600 manat cərimələnməsinə səbəb olub.

“Səbail” – “Neftçi” matçından sonra isti su təchizatının yoxluğu və bu üzdən hakimlərin təmin olunmaması üçün meydan sahibləri 800 manat cərimələnib.

“Şamaxı” ilə ev qarşılaşmasında “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün Gəncə təmsilçisi 4000 manat cərimə olunub. 2-ci hissədə “Şamaxı” meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat ödəyəcək. 

Meydan sahibləri 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün də 800 manat cərimələnib. “Şamaxı” oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə qırmızı vərəqə alan Rauf Hüseynliyə görə də 200 manat cərimələnib. Futbolçu 1 oyunluq diskvalifikasiya edilib.

writer photo
Əlirza Əlirzalı
0