“Bavariya” və “Mançester Yunayted” onu arzulayır
02.05.2023 - 12:51
“Bavariya” və “Mançester Yunayted” onu arzulayır

“Bavariya” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, Almaniya klubunda əsas hədəflərdən biri Frankfurt "Ayntraxt"ının hücumçusu Randal Kolo Muanidir
  
Komanda rəhbərliyi artıq 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və onun menecerləri ilə birbaşa danışıqlar aparıb. Fransız futbolçu uğrunda mübarizədə Münhenlilərin əsas rəqibi “Mançester Yunayted”dir.

Bu mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə 40 oyuna çıxan Kolo Muani 20 qol vurub və 14 məhsuldar ötürmə verib. 

Qeyd edək ki, “Transfermarkt” tərəfindən 65 milyon avro qiymətləndirilən forvardın klubu ilə müqaviləsi 2027-ci ilin yayında bitəcək.

writer photo
Əlirza Əlirzalı
0