"Bavariya"da ciddi itki
29.07.2024 - 12:43
"Bavariya"da ciddi itki

“Bavariya” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Hiroki İto zədələnib. O, “Düren” ilə yoxlama matçında (1:1) sıradan çıxıb.

Bu yay heyətə cəlb edilən yapon futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Bavariya” İtonu “Ştutqart”dan 23 milyon avro transfer edib.

writer photo
Əlirza Əlirzalı
0