“Bavariya”da Noyerin taxtına yeni namizəd
28.01.2025 - 00:30
“Bavariya”da Noyerin taxtına yeni namizəd

Almaniya Bundesliqası komandalarından "Bavariya" heyətini 21 yaşlı qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Köln"dən Yonas Urbiqi transfer edib.

Gənc qolkiperlə 2029-cu ilə kimi müqavilə imzalayıb.

"Bavariya" bu keçid üçün "Köln"ə 7 milyon avro ödəməli olub. 

Münhen təmsilçisi gənc qolkiperi Manuel Noyerin davamçısı olaraq görür.

Qeyd edək ki, Urbiq bu mövsüm 2-ci Bundesliqada 10 oyun keçirib.