"Bavariya"dan Pedri üçün rekord təklif
25.09.2023 - 11:13
"Bavariya"dan Pedri üçün rekord təklif

"Bavariya" transfer rekordunu yeniləməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi Pedri Münhenlilərin maraq dairəsindədir.

Almanlar İspaniya millisinin də şərəfini qoruyan mərkəz yarımmüdafiəçisinin növbəti mövsüm heyətə cəlb olunmasını prioritet məsələ kimi görür. 
Almanlar hətta 20 yaşlı futbolçunun alınması üçün Kataloniya təmsilçisinə 120 milyon avro təklif edəcək ki, bu da klub üçün rekord deməkdir.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm 2 matçda 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0