“Bavariya”nın gözaltısı
01.08.2023 - 15:18
“Bavariya” heyətə yeni qapıçı cəlb edir.
Apasport.az saytı xəbər verir ki, Almaniya klubu “Sevilya”dan Yasin Bononu gözaltı edib.
Mərakeş millisinin də şərəfini qoruyan 32 yaşlı qapıçının oyununu bəyənən Bundesliqa təmsilçisi ispanlarla danışıqlara başlayıb. Qolkiper üçün 12 milyon avro təklif edən münhenlilər qarşı tərəfin cavabını gözləyir.
Qeyd edək ki, 2020-ci ildən Əndəlüs klubunun qapısını qoruyan Bononun komandası ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
0
0