"Bavariya"nın hücumçu kimi istədiyi futbolçular bilindi
31.03.2023 - 01:25
"Bavariya"nın hücumçu kimi istədiyi futbolçular bilindi

"Bavariya" bu yay heyətində ciddi dəyişiklik etməyi planlaşdırmır.

Apasport.az xəbər verir ki, klub əsas diqqətini mərkəz hücumçusunun transferinə yönəldəcək. Əsas namizədlər arasında Hari Keyn ("Tottenhem"), Viktor Osimhen ("Napoli") və Randal Kolo-Muani ("Ayntraxt" Frankfurt) var. Seçim əsasən keçidin maliyyə tərəfi ilə müəyyən ediləcək.

Əgər “Bavariya” hücumameyilli oyunçulardan birini satmaq qərarına gəlsə, o zaman Serj Qnabri ilk seçim olacaq. Onun gələcəyi baş məşqçi Tomas Tuxelin futbolçunu yenidən formaya qaytara bilməyəcəyindən asılı olacaq.

Başqa bir ehtimal olunan transfer Marsel Zabitserdir və "Mançester Yunayted"də icarə əsasında çıxış edən yarımmüdafiəçinin bütövlükdə satılması qərarı artıq verilib.

writer photo
Əlirza Əlirzalı
0