“Bavariya”nın Levandovski üçün daha bir tələbi
14.07.2022 - 22:12
“Bavariya”nın Levandovski üçün daha bir tələbi

“Barselona” Robert Levandovskinin transferi üçün “Bavariya” ilə danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, Münhen klubunun ispanlardan daha bir tələbi müəyyənləşib.

Almaniya çempionu Polşa millisinin kapitanı üçün açıqladığı məbləğin hissə-hissə deyil, birdəfəyə ödənilməsini istəyib. Bundesliqa təmsilçisi, xüsusən də, Arturo Vidalın 2018-ci ildəki transferi zamanı ödənişlərlə bağlı qarşılaşdığı problemlərdən sonra “Barselona”nın ödəmə qabiliyyətinə şübhə ilə yanaşır.

Qeyd edək ki, “Bavariya” qolçusunun keçidindən 50-55 milyon avro qazanmağı planlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0