“Bavariya”nın qapıçısına müştəri
14.07.2023 - 18:41
“Bavariya”nın qapıçısına müştəri

“Bavariya”nın qapıçısı Aleksander Nyubel klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, qolkiperin xidmətində “Ştutqart” maraqlıdır.

Klub rəhbərliyi 26 yaşlı futbolçu ilə danışıqları yekunlaşdırıb. Lakin Ştutqart və Münhen təmsilçiləri hələ anlaşa bilmir.

“Bavariya” qapıçını satmaq niyyətindədir. “Ştutqart” isə onu almaq hüququ ilə icarəyə götürmək istəyir.

Qeyd edək ki, Nyubel ötən mövsümü icarə əsasında “Monako”da keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0