Albaniya millisinin sabiq üzvü Valon Ahmedi karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi bunun üçün “Şaxtyor” (Soliqorsk) klubundan da ayrılıb.
Onun xidmətində Premyer Liqamızda yarışan bir neçə klubun maraqlı olduğu bildirilir. Onlardan biri də “Zirə”dir. Qəsəbə təmsilçisi hələ ötən mövsümün əvvəlində yarımmüdafiəçini transfer etmək istəsə də, onun Belarus klubu ilə müqaviləsi olduğundan transfer baş tutmamışdı.
Məlumata görə, Premyer Liqa təmsilçilərimiz hazırda 29 yaşlı futbolçu üçün mübarizə aparır.
“Südtirol”, “Çelye”, “Maribor”, “Kiryat Şmona”, “İnter” (Zapreşiç), “Şkendiya” komandalarında oynamış Ahmedinin Azərbaycana gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.