“Bavariya”nın qış arzusu
07.09.2023 - 16:18
“Bavariya”nın qış arzusu

“Bavariya” qışda heyətə cəlb edəcəyi ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi "Fulhem"dən yarımmüdafiəçi Joao Palinya üçün danışıqlara başlayıb.

Komandanın məşqçilər korpusunun diqqətini cəlb edə bilən 28 yaşlı portuqaliyalının mövsümün ikinci yarısını Münhen təmsilçisində keçirmək şansı var. Məsələ burasındadır ki, tərəflər yayda futbolçunun transferi ilə bağlı razılığa gəlsələr də, transfer son anda baş tutmayıb.

Qeyd edək ki, ötən yaydan Premyer Liqa təmsilçisinin şərəfini qoruyan Joao londonluların heyətində 43 matçda 5 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0