"Bavariya"nın ulduzu 130 milyon avroya "Mançester Siti"yə keçə bilər
09.09.2024 - 11:34
Almaniya millisinin vingeri, "Bavariya"da klub səviyyəsində çıxış edən Camal Musiala klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, oyunçu 2025-ci ilin yayında "Mançester Siti"yə keçə bilər.
Musiala Almaniya nəhəngi ilə əməkdaşlığın uzadılması ilə bağlı danışıqları təxirə salıb.
Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Futbolçunun bazar dəyəri 130 milyon avro olaraq qiymətləndirilir.
Ötən mövsüm Camal münhenlilərin heyətində 36 matçda iştirak edib. Musiala 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
0
0