"Bavariya"nın ulduzu İngiltərəyə gedir
17.01.2024 - 21:49
"Bavariya"nın ulduzu İngiltərəyə gedir

"Nyukasl" "Bavariya"nın oyunçusuna elçi düşüb.

Apasport.az xəbər verir ki, “sağsağanlar” yarımmüdafiəçi Coşua Kimmixin transferi üçün Münhen klubuna müraciət edib.

Almanların futbolçunun transferini müzakirə etməyə hazır olduqları bildirilir. Komandalar razılaşa bilsə, Almaniya millisinin də şərəfini qoruyan 28 yaşlı futbolçu yeni mövsümə İngiltərə Premyer Liqasında başlayacaq. Futbolçu qışda Münhendən ayrılmaq istəmir. Ancaq "Bavariya" yay "transfer pəncərəsi"ndə danışıqlara hazırdır.

Qeyd edək ki, bu mövsüm Kimmix bütün yarışlarda 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Transfermarkt portalı futbolçuya 75 milyon avro qiymət qoyub.

writer photo
Əlirza Əlirzalı
0