İkardi ilə Nara ayrıldı
23.09.2022 - 09:31
“Qalatasaray”ın futbolçusu Mauro İkardi və həyat yoldaşı Vanda Nara ayrılıb.
Apasport.az saytının məlumatına görə, bunu hücumçunun agenti olan sabiq xanımı açıqlayıb.
Vanda sosial şəbəkədə artıq ayrıldıqları barədə paylaşım edib: “Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Amma mətbuatda yazılanları nəzərə alsaq, hamının hər şeyi məndən bilməsi daha düzgündür. Ayrılmağımızın detallarını açıqlamaq və bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, təkcə məni deyil, uşaqlarımı da başa düşəsiz”.
Qeyd edək ki, onların ayrılması barədə xəbər yayda yayılsa da, İkardi bunu təkzib etmişdi.
0
0