Hoylund: "Haland dünyanın ən yaxşı hücumçusudur"
18.10.2023 - 14:47
Hoylund: "Haland dünyanın ən yaxşı hücumçusudur"

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund “Mançester Siti”nin forvardı Erlinq Halandla müqayisələrinə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, son günlər adı ən yaxşılar arasında çəkilən hücumçu norveçli barədə müsbət fikirlər bildirib. 

Hoylund skandinaviyalını ən yaxşı adlandırıb: “Bizi müqayisə etməməyiniz yaxşıdır, çünki Haland yüksək səviyyəli oyunçudur. Ümid edirəm ki, bir gün onun səviyyəsinə çata biləcəyəm, amma indi çox tezdir. Erlinq dünyanın ən yaxşı hücumçusudur”. 

Qeyd edək ki, danimarkalı forvard bu mövsümdən etibarən “qırmızı şeytanlar”ın şərəfini qoruyur.

writer photo
Əlirza Əlirzalı
0