"Bayer"in bombardiri "Qarabağ"la görüşü buraxacaq
29.02.2024 - 14:20
"Bayer"in bombardiri "Qarabağ"la görüşü buraxacaq

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi “Bayer”in nigeriyalı hücumçusu Viktor Bonifas Ağdam təmsilçisi ilə görüşü buraxa bilər. 

Apasport.az “Bild”ə istinadla xəbər verir ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi zədə alan hücumçunun aprel ayına kimi meydanlara qayıtması gözlənilmir.

Lakin Almaniya klubunun argentinalı yarımmüdafiəçi Ezekiel Palasios "köhlən atlılar"la görüşə qədər tam sağalacaq. O, artıq məşqlərə başlayıb.

Xatırladaq ki, Bonifas bu mövsüm 16 qolla "Bayer"in bombardiridir. 23 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la hər iki görüşdə (5:1, 1:0) fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0