"Bayern" Kamerun millisinin hücumçusuyla müqavilə bağladı
03.03.2023 - 20:45
"Bayern" Kamerun millisinin hücumçusuyla müqavilə bağladı

"Bayern" hücumçusu Erik Maksim Şupo-Motinqlə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı oyunçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Almaniya doğumlu Erik Maksim Şupo-Motinq 2020-ci ilin oktyabrından Münxen klubunda oynayır. O, "Bayern"in heyətində 82 matçda 33 qol vurub, 10 qolun ötürməsini verib.

writer photo
Əlirza Əlirzalı
0