Bekhem “Mançester Yunayted”ə şərik olmaq istəyir
24.11.2022 - 15:18
Bekhem “Mançester Yunayted”ə şərik olmaq istəyir

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem “Mançester Yunayted”in sahiblərindən biri ola bilər.

Apasport.az saytının məlumatına görə, ingiltərəli əfsanə vaxtilə şərəfini qoruduğu klubu tək almaq gücündə deyil.

O, bu üzdən də Qleyzerləri əvəz edəcək konsorsiumda pay almağı planlaşdırır. ABŞ biznesmenləri klubu satmaq niyyətindədir.

Klubun potensial müştərisi olan korsorsiumda sabiq futbolçu yoxdur. Bu da Bekhemin istəyinin reallaşmaq ehtimalını artırır.

Qeyd edək ki, Bekhem 1993-2003-cü illərdə “Mançester Yunayted”in formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0